...

Kreml: Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinin kövrək atəşkəsi poza biləcək addımlardan qaçınacağına ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2016 13:51 (UTC +04:00)
Moskva ümid edir ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri kövrək atəşkəsi poza biləcək addımlardan qaçınacaqlar.
Kreml: Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinin kövrək atəşkəsi poza biləcək addımlardan qaçınacağına ümid edir

Bakı. Trend:

Moskva ümid edir ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri kövrək atəşkəsi poza biləcək addımlardan qaçınacaqlar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Ermənistan Moskva ilə "Dağlıq Qarabağın müstəqilliyinin" tanınması haqqında məsələni müzakirə etməyib.

D.Peskov bildirib: "Bu kontekstdə qəbul edilən qərarları diqqətlə izləyirik. Yenə də ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri kövrək atəşkəsi pozaraq regionda gərginliyin eskalasiyasına gətirib çıxara biləcək addımlardan qaçınacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti