...

Aİ: Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü müsbət addımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2016 14:59 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda gözlənilən görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müsbət addımdır.
Aİ: Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü müsbət addımdır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda gözlənilən görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müsbət addımdır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə açıqlamasında deyib.

M.Mard vurğulayıb ki, Aİ münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan bütün addımları dəstəkləyir: “Avropa İttifaqı olaraq biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün səyləri, o cümlədən ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Bu görüş, əlbəttə ki, münaqişənin həlli istiqamətində müsbət bir addımdır”.

O qeyd edib ki, münaqişənin hərtərəfli həllinə nail olmaq üçün tərəflər arasında dialoqun qurulması vacibdir, çünki status-kvo qəbuledilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti