...

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişə tərəfləri danışıqlarda irəliləməyə çağırdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2016 21:27 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişə tərəfləri mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatda öz əksini tapmış razılaşmalara hörmət etməyə çağırılır
ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişə tərəfləri danışıqlarda irəliləməyə çağırdı

Bakı. Trend:

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişə tərəfləri mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatda öz əksini tapmış razılaşmalara hörmət etməyə çağırılır. Trend-in ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bu barədə həmsədrləri birgə bəyanat yayıblar.

"Biz Azərbaycanı və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa çağırırıq. Həmçinin substantiv danışıqlarda irəliləyişə nail olmağa və ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə çağırırıq. Biz prezidentlərin son iki görüşünün nəticələrinin irəliləyişi üçün tərəflərlə əməkdaşlığımızı davam etdirəcəyik", - deyə bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti