...

Almaniyalı deputat: "Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılması üçün..."

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2016 10:02 (UTC +04:00)
Avropa və Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılması üçün Bakı və Yerevanla işləməlidirlər
Almaniyalı deputat: "Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılması üçün..."

Bakı. Trend:

Avropa və Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılması üçün Bakı və Yerevanla işləməlidirlər.

Trend-in "News.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Bundestaqının deputatı Albert Vayler bildirib.

Onun sözlərinə görə, apreldə münaqişənin gərginləşməsi məyusluq hissi doğurur. "Aprel hadisələrindən sonra Almaniya ATƏT-ə sədrlik edən ölkə kimi Azərbaycan və Ermənistan nümayəndələri ilə danışıqlar aparıb, və bu da gərginliyin azalmasına səbəb olub. Almaniyanın siyasi xadimləri, və həmçinin mən münaqişənin birgə həllini tapmaq üçün hər iki ölkə ilə dialoq aparmağa çalışırıq", - deyə A.Vayler qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti