...

Olland: Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə xüsusi məsuliyyət daşıyır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Fevral 2017 10:26 (UTC +04:00)

Bakı. Elmira Teriverdiyeva - Trend:

Fransa ABŞ və Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə xüsusi məsuliyyət daşıyır.

Trend-in məlumatına görə, bunu Fransa Prezidenti Fransua Olland Fransa erməni təşkilatlarının Əlaqələndirmə Şurasının üzvləri ilə görüşündə deyib.

Prezident qeyd edib ki, Dağlıq Qarabağda hər gün insanlar ölür: "Biz qarşıdurmanın qarşısını almaq üçün fəaliyyət göstərməliyik".

F.Olland Ermənistan Prezidenti Serj Sarkisyanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Parisə dəvət etdiyini bildirib. S.Sarkisyanın martın 8-də Fransaya səfər edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti