...

Hərbi prokuror: Azərbaycanda cinayət törədən 297 nəfər barəsində həbs qərarı çıxarılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Fevral 2017 12:29 (UTC +04:00)
Ermənistan Azərbaycan xalqına qarşı təkcə Xocalıda deyil, digər ərazilərdə də kütləvi qırğınlar və soyqırımlar törədib.
Hərbi prokuror: Azərbaycanda cinayət törədən 297 nəfər barəsində həbs qərarı çıxarılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan Azərbaycan xalqına qarşı təkcə Xocalıda deyil, digər ərazilərdə də kütləvi qırğınlar və soyqırımlar törədib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev Milli Məclisdə bu gün “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

X.Vəliyev bildirib ki, bu cinayətləri törədən 297 nəfər barəsində həbs qərarı çıxarılıb və göndərilib:

“Ancaq onların birini də bu günə qədər əldə edə bilməmişik. Bunu hamı bilir, bu, dünyada ikili standartların bariz nümunəsidir. Müsəlmana bir, xristiana başqa bir münasibət var. İnterpol təşkilatı da eyni mövqedə durur”.

X.Vəliyev vurğulayıb ki, bu gün müzakirə edilən qanun layihəsinin qəbul edilməsini şərtləndirən bir çox amillər var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti