Cocuq Mərcanlı – güllə səslərini azan səsi əvəz edir

Cocuq Mərcanlı – güllə səslərini azan səsi əvəz edir

Bəxtiyar Hacıyev – Trend:

Cocuq Mərcanlı. Vaxt vardı, bu kəndin adına atəşkəs barədə xəbərlərdə rast gəlirdik. "Düşmən... və Cocuq Mərcanlı istiqamətində mövqelərimizi atəşə tutub". Bu gün isə Cocuq Mərcanlı ilə bağlı xoş xəbərlərin ardı-arası kəsilmir. 2016-cı ilin aprel döyüşlərinə qədər bu kənddə yalnız silah səsləri duyulurdusa, indi bunu azan səsi – əmin-amanlıq, firavanlıq, sabitlik əvəz edir. Bu gün Cocuq Mərcanlı erməni işğalı altında qalan torpaqlarımıza qayıdışın başlanğıcıdır, rəmzidir.

Ulu Öndər Heydər Əliyevin qətiyyəti və iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa başladı.

İyunun 14-də Azərbaycan Prezidenti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etdi. Dövlət başçısı yeni salınan kənd yolunun açılışını etdi, yeni inşa olunan 96 şagird yerlik məktəblə, Cocuq Mərcanlıda yeni tikilən Şuşa məscidinə bənzər məsciddə yaradılan şəraitlə tanış oldu, kəndin ərazisini gəzdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu, tarixi gündür, Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir. Məhz ötən ilin şanlı aprel qələbəsi nəticəsində Azərbaycan Ordusunun strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini ələ keçirməsi ilə Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün oldu. Bu gün isə bu təhlükəsiz həyat şəraiti reallığa çevrildi.

Ümumilikdə, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi ev və müvafiq infrastruktur inşa olunub. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək.

İkinci mərhələdə isə Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işləri davam etdiriləcək, o cümlədən 100 fərdi yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi, digər zəruri sosial və infrastruktur obyektləri tikiləcək. Dövlət başçısının 15 iyun tarixli sərəncamına əsasən bu məqsədlə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 9 milyon manat ayrıldı.

Bu gün Azərbaycan dövlətinin bir nömrəli işi, prioriteti də elə budur: işğal olunmuş ərazilərimizi azad etmək, bu torpaqlarda sabitliyi bərqərar etmək, güllə səslərinə son qoymaq. Azərbaycan Cocuq Mərcanlının timsalında bu niyyətini dünyaya nümayiş etdirdi. İndi dünya ictimaiyyəti bir qərara gəlməli, son sözünü deməlidir: Dağlıq Qarabağ və ətraf rayonların poliqona çevrilməsi yaxşıdır, yoxsa Cocuq Mərcanlı nümunəsi?

Şübhəsiz ki, Azərbaycan torpaqlarının işğalı ilə barışmayacaq, istər sülh yolu ilə, istərsə də hərbi yolla olsun, erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasına, qovulmasına nail olacaq. Dövlətimizin başçısının dediyi kimi, "Azərbaycan ictimaiyyəti bilirdi, ancaq aprel döyüşləri bunu əyani şəkildə bütün dünyaya və düşmənə göstərdi ki, bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, buna qadirdir".

Vaxt gələcək, işğal olunmuş bütün doğma torpaqlarımızda silah səsləri kəsiləcək, bu səsləri azan səsi, insanların gülüş səsləri əvəz edəcək, geniş abadlıq-quruculuq işləri görüləcək, müxtəlif təyinatlı yeni binalar tikiləcək, yollar, parklar salınacaq, Şuşa, Xankəndi başda olmaqla Qarabağın bütün şəhər, qəsəbə və kəndlərində Azərbaycan bayrağı dalğalanacaq. Eynən Cocuq Mərcanlıda olduğu kimi! Bu böyük tarixi günə az qalıb, bəlkə də çox az...

"Ziraat Bank" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb
"Ziraat Bank" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb
BVF Azərbaycan üçün neftin fiskal itkisiz qiymətini açıqlayıb
BVF Azərbaycan üçün neftin fiskal itkisiz qiymətini açıqlayıb
BVF Azərbaycanın valyuta ehtiyatları ilə bağlı proqnozlarını açıqlayıb
BVF Azərbaycanın valyuta ehtiyatları ilə bağlı proqnozlarını açıqlayıb
Loading Bars
Xəbər lenti
Aprelin 13-nə USD/AZN rəsmi məzənnəsi
Prezident İlham Əliyev: On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir
Azərbaycan Prezidenti: Söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim
Prezident İlham Əliyev AXC-Müsavat cütlüyü haqqında: Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər
TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!
Prezident İlham Əliyev: O vaxt müdafiə naziri söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq
Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi
Azərbaycan Prezidenti: Ovaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları qaytarmaq sözü vermişdi
Yasamalda bir ailənin üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Müharibənin getdiyi dövrdə göstəriş vermişdim ki, nömrələr yığılsın
Prezident İlham Əliyev: Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun gücünü görəcək
Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq
Prezident İlham Əliyev: Haradandır “İsgəndər-M” raketləri Ermənistan ordusunda?
Yelo Bank tələbələrə karyera imkanları yaratmağa davam edir
“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir (FOTO)
Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Ceyhun Bayramov İtaliya Senatının Komissiya sədri ilə görüşüb (FOTO)
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən var
Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub
“Mozalan” efirə qayıdır (VİDEO)
Revanşist iddialar Ermənistanı məhvə apara bilər - Deputat
"Ziraat Bank" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb
Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı
Neftçalanın 14 kəndi içməli su ilə təmin edilir - "Azərsu"
DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi
AzMİU-da vaksinasiya prosesi uğurla davam edir
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
Daha 70-ə yaxın jurnalist vaksinasiya olundu
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Şəmkirdə tanışını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb - Səttar Möhbalıyev
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanının nəticələri elan olunub
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 501,6 milyon dollar təşkil edib - Nazir
Xaçmazın icra başçısı topçu Vüsalı evində ziyarət etdi (FOTO)
Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib
Oğuzda reyd: Piyada və sürücülərə xəbərdarlıq edildi (FOTO)
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçicilərilə görüşüb (FOTO)
Ağdaşda çay hövzəsini çirkləndirən bələdiyyə sədrinə təmizlik üçün məcburi göstəriş verildi
Dünya əhalisinin yalnız 5 faizdən çoxu peyvəndlənib - "Bloomberg"
Türkiyədə turizm sektorunda çalışanlar vaksinasiya olunub
Abşeronda karantin rejimini pozaraq fəaliyyət göstərən çay evləri aşkarlanıb (FOTO/VİDEO)
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ!
Metro qatarlarının baxış-təmir sahələrində daha bir yenilik tətbiq edilir (FOTO)
Macarıstan TV-ləri ilə AzTV-nin əməkdaşlığı genişləndirilir - Göstəriş verilib
Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Hərbi Qənimətlər Parkı: Gələcək nəsillərə örnək, düşmənə əbədi gözdağı – Trend TV-nin REPORTAJI
Bakının məşhur prospekti "8 Noyabr" adlandırılır
Cəlilabadda toy mərasimi keçirənlər cərimələnib
Balaxanı Sənaye Parkında yeni müəssisələr yaradılır - Sərəncam
Almaniya və Nepaldan quş ətinin idxalına qadağa qoyulub
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Azərbaycan-Türkiyə media platforması Türk dövlətlərinin media əməkdaşlığı üçün əsas götürülə bilər
Bu müharibədə Azərbaycan xalqı əsl qəhrəmanlıq göstərdi - Deputat
Azərbaycan Ordusunda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb (FOTO/VİDEO)
BVF Azərbaycan üçün neftin fiskal itkisiz qiymətini açıqlayıb
Minaya düşüb ömürlük şikəst olanlar - Düşmən terroru davam edir - Trend TV-nin REPORTAJI
Şəhid ailələri ilə görüşlər keçirilib (FOTO)
İranda ötən sutka 23 min nəfər koronavirusa yoluxub, 274 nəfər ölüb
Ermənistanda süd məhsulları tamamilə saxtalaşdırılır - Rəsmi
Aleksandr Lukaşenko sabah Azərbaycana gəlir
Sabah arabir yağış yağacaq, 24 dərəcəyədək isti olacaq
Sabunçuda nişan mərasimi dayandırılıb, 20 nəfər cərimələnib (VİDEO)
Azərbaycan mart ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
Cəlilabad və Masallıda koronavirus xəstələri saxlanılıb
Bərdədə yol polisi reyd keçirib (FOTO)
Gürcüstan parlamentində Qarabağla bağlı müzakirələr keçirilir
"Xanoba" gömrük postunun buraxılış qabiliyyəti artırılır (FOTO/VİDEO)
Balakəndə narkotik istixanası aşkarlandı (FOTO)
DYP Sumqayıtda reyd keçirib (FOTO/VİDEO)
Baş pediatr koronavirusla bağlı valideynlərə müraciət etdi
Qayınatasının yasına gedən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib (FOTO)
Uşaqlar koronavirusu daha yüngül keçirir - Baş pediatr
BTQ ilə yük daşımaları 50 faiz artıb
Bərdədə canavar sürüsü kəndə girərək təsərrüfata hücum çəkib (VİDEO)
FHN Xəzərdə reyd keçirdi, 3 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib (YENİLƏNİB - 1) (FOTO/VİDEO)
Fəzail İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib
Azərbaycanla Ukrayna aqrar sahədə əməkdaşlığı genişləndirir
Şamaxıda toy sahibi və qonaqlar cərimələndi
Qaradağda daş karxanasında faciə, usta öldü
Bərdədə ad günü keçirənlər cərimələndi
BVF Azərbaycanın valyuta ehtiyatları ilə bağlı proqnozlarını açıqlayıb
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Saatlıda yas mərasimi aşkarlanıb
Gəncədə küçə və prospektlər dezinfeksiya edilib (FOTO)
Mərkəzi Bank yeni əsginaslarla bağlı problemi aradan qaldırmaq üçün tapşırıq verib
Zədələnmiş pulları dəyişdirmək üçün ofis yaradılıb
İmişlidə toy məclisi aşkarlandı, 2 nəfər cərimələndi
MTRŞ üzvü ürək tutmasından vəfat edib
Xəzər İcra Hakimiyyətinin həbsdə olan baş memarının işi məhkəməyə göndərildi
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Pensiyaların ödənilməsi ayın 15-də tam yekunlaşacaq
Milli Konservatoriyada koronavirusa görə əyani dərslər dayandırılıb
Rabitəbankda illik 15% ilə nağd pul kreditinə yaşıl işıq!
Bütün xəbərlər