...

Qaziantepdə "Türk dünyası, Azərbaycan-Türkiyə birliyi və Qarabağ problemi" mövzusunda konfrans keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Dekabr 2017 17:02 (UTC +04:00)
Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Qaziantepdə “Türk dünyası, Azərbaycan-Türkiyə birliyi və Qarabağ problemi” ilə bağlı konfransda Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, qərbin ikili standartları və birliyin önəmi mövzusunda ətraflı çıxış edib.
Qaziantepdə "Türk dünyası, Azərbaycan-Türkiyə birliyi və Qarabağ problemi" mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Qaziantepdə “Türk dünyası, Azərbaycan-Türkiyə birliyi və Qarabağ problemi” ilə bağlı konfransda Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, Qərbin ikili standartları və birliyin önəmi mövzusunda ətraflı çıxış edib.

Trend-in məlumatına görə, Qaziantep Türk Ocaqlarının bələdiyyənin dəstəyi ilə təşkil etdiyi ictimai-siyasi xadimlərin, ziyalıların, QHT nümayəndələrinin də iştirak etdiyi konfransda Q.Paşayeva Qarabağ və Türk dünyası həqiqətlərinin dünyaya daha geniş yayılmasında birliyin daha da gücləndirilməsinin vacibliyindən danışıb:

“Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərilmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”.

Q.Paşayeva bildirib ki, Qərbin ikili standartları Xocalı soyqırmına yanaşmada da görünür: “100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti müasir dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”.

O, Qərbin Türkiyəyə terrorla mübarizədə bu gün də dəstək vermədiyini və bunun özünün ən böyük ikili standart olduğunu deyib. Millət vəkili Avropada islamofobiyanın artmasının doğurduğu ciddi narahatlıqdan da danışıb.

Q.Paşayeva çıxışından sonra ziyalıları maraqlandıran sualları cavablandırıb və geniş fikir mübadiiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti