...

Həmsədrlər Ermənistanın yeni rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 May 2018 19:31 (UTC +04:00)
ATƏT Minsk qrupunun həmsədrlərinin iyunda Ermənistanın yeni rəhbərliyi ilə görüşü gözlənilir.
Həmsədrlər Ermənistanın yeni rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. Trend:

ATƏT Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə məqsədilə iyunda Ermənistanın yeni rəhbərliyi ilə görüşü gözlənilir.

Trend-in məlumatına görə, bu barədə həmsədrlərin Parisdə xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunları ilə bağlı bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, nazir və həmsədrlər görüşdə sülh prosesinin irəli aparılması variantlarını müzakirə ediblər.

Qeyd edək ki, bu gün xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti