...

Təmas xəttindəki monitorinq insidentsiz başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2020 12:25 (UTC +04:00)
Müdafiə Nazirliyindən Trend-ə bu barədə məlumat verilib.
Təmas xəttindəki monitorinq insidentsiz başa çatıb

Bakı. Trend:

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 11-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti