...

Niderland mediasında şəhid mayor Anar Novruzovdan yazılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Avqust 2020 12:09 (UTC +04:00)
Niderland mediasında şəhid mayor Anar Novruzovdan yazılıb

Bakı. Trend:

Niderlandın "haber.nl" portalında Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatlar zamanı qəhrəmanlıqla həlak olmuş azərbaycanlı hərbçi, mayor Anar Novruzovdan bəhs edən məqalə dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, yazını Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev və Şuranın üzvü, "Beynəlxalq Azərbaycan Xanımları Klubu"nun rəhbəri Kəmalə Ceylinova qələmə alıblar. Məqalədə Anar Novruzovun ömür yolu və 25 illik hərbi karyerası barədə ətraflı məlumat verilib. Aprel və Tovuz savaşlarının qəhrəmanı olan Anar Novruzovun vətənpərvərliyi, xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsədiyi, Türkiyədə mükəmməl hərbi təlim keçdiyi, erməni diversiya qruplarının kabusuna çevrildiyi, xidmət etdiyi dövrlərdə Qarabağ cəbhəsində dəfələrlə düşmən təxribatının qarşısının alınmasında şücaətlə iştirak etdiyi bildirilib. Məqalənin tam mətni ilə aşağıdakı linkdə: https://www.haber.nl/in-herdenking-van-een-held-anar-novruzov/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti