...

Çilidə yaşayan azərbaycanlı professor Qarabağ həqiqətlərindən mühazirə oxuyub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2020 10:54 (UTC +04:00)
Çilidə yaşayan azərbaycanlı professor Qarabağ həqiqətlərindən mühazirə oxuyub (FOTO)

Bakı. Trend:

Çilidə fəaliyyət göstərən Salvador Alyende adına “Reflexiones İnternacionales” düşüncə mərkəzində soydaşımız Dr.Şəhriyar Nəsirovun Dağlıq Qarabağ mövzusuna həsr olunmuş mühazirəsi dinlənilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Çilinin Adolfo İbanez Elm və Mühəndislik fakültəsinin professoru, Bərpa olunan enerji texnologiyaları və idarəetmə üzrə magistr proqramının direktoru, Günəş Enerjisi Tədqiqat Mərkəzinin baş elmi işçisi olan Ş.Nəsirov artıq tarixə çevrilmiş bu munaqişə barədə mühazirə təklifini məmnuniyyətlə qəbul edib.

Tələbələrlə görüş zamanı soydaşımız münaqişənin tarixi, ermənilərin Azərbaycanın əzəli torpaqlarına çar Rusiyası dönəmində köçürüldükləri barədə ətraflı məlumat verib. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal etdiyini, bu ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütdüyünü və soyqırım törətdiyini vurğulayıb. Azərbaycanın uzun illər işğalçılara qarşı mübarizə apardığı, sentyabrın 27-də rəsmi İrəvanın təxribatı nəticəsində başlanan və noyabrın 10-da başa çatan 44 günlük müharibə zamanı qalib gələrək, öz ərazi bütövlüyünü bərpa etdiyi nəzərə çatdırılıb.

Qeyd edək ki, "Reflexiones Internacionales" düşüncə mərkəzində mütəmadi olaraq beynəlxalq ekspertlərlə görüşlər təşkil edilir, xarici siyasət, diplomatiya, beynəlxalq münaqişə və təhlükəsizlik, insan hüquqları, iqlim dəyişikliyi, xarici ticarət və digər sahələrə aid mövzularda mühazirələr dinlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti