...

Elmar Məmmədyarov: Apreldə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasyeninin regiona gəlişi planlaşdırılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Mart 2006 15:12 (UTC +04:00)

Apreldə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasyeninin Cənubi Qafqaz regionuna gəlişi planlaşdırılır. Trend in verdiyi məlumata görə, bu barədə martın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərlə söhbətində bildirib.

"Bakıya sonuncu səfəri gedişində Minsk Qrupunun amerikalı həmsədri Stiven Mənn B.Fasyenin Bakıya səfərinin mümkünlüyfü barədə təklif səsləndirib", -deyə XİN rəhbəri bildirib. Onun sözlərinə görə, qarşıdakı səfərin dəqiq tarixi hələ müəyyən edilməyib.

Bununla yanaşı, E.Məmmədyarov onun Ermənistan XİN başçısı Vardan Oskanyanla görüşü ilə bağlı təklifin hələlik daxil olmadığını bildirib.

Yeni təşəbbüslərin müzakirəsinə gəldikdə, nazir qeyd edib ki, "elementlərin əksəriyyəti artıq razılaşdırılıb. Biz hansı yolu tutacağımızı bilirik", -deyə E. Məmmədyarov bildirib və "çox ciddi mövzulardan bəzilərinin hələ də razılaşdırılmadığını" əlavə edib.

"Bunlar prinsipial məsələlərdir və biz bu məsələlər üzərində işləyirik", -deyə sonda E.Məmmədyarov bildirib.

Xəbər lenti

Xəbər lenti