...

Türkiyədə "Xocalı faciəsi haqqında dəyirmi masa" toplusu buraxılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2006 19:06 (UTC +04:00)

1992-ci ilin fevralında erməni terrorçuları tərəfindən yüzlərlə mülki vətəndaşın qətlə yetirildiyi Xocalı faciəsinə həsr olunmuş toplu iyulun 6-da Türkiyənin İqdır şəhərində işıq üzü görüb. Trend agentliyinin Türkiyə KİV-inə istinadən yaydığı məlumata əsasən, "Xocalı faciəsi haqqında dəyirmi masa" toplusu İqdır bələdiyyəsinin dəstəyilə nəşr olunub.

Nəşrə 2006-cı il fevralın 26-da İqdırda təşkil olunmuş dəyirmi masada səsləndirilmiş çıxışlar daxil edilib. Xüsusilə, topluya İqdır şəhər bələdiyyəsinin rəhbəri Nurettin Aras, Milli Məclis deputatları Məlahət Həsənova, Azay Quliyev, Musa Quliev, Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalovun çıxışları daxil edilib.

Jurnalistlərin suallarına cavab verən N.Aras deyib ki, 26 fevral tarixi Azərbaycan və bütün türk dünyasının tarixində ən faciəvi və qara səhiflərdən biridir. Qondarma "erməni soyqırımı" haqqında bəyanatlar verməklə ermənilər dünya ictimaiyətinin diqqətini Azərbaycan və Türkiyədə mülki vətəndaşlara qarşı törətdikləri qanlı divandan yayındırmağa çalışır.

Onun dediklərinə görə, toplunun məqsədi qardaş Azərbaycan xalqını dəstəkləmək və dünya ictimaiyətinə tarixi həqiqətlər haqqında danışmaqdır.

İlkin nəşr 2 min nüsxədir. Bunun 70%-i Azərbaycana göndəriləcək. Qeyd edək ki, kitabın son bölməsi ermənilərin vəhşiliyini nümayiş etdirən şəkillərdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti