...

Zakir Qaralovun baş məsləhətçiliyi və Xanlar Vəliyevin elmi redaktorluğu ilə "Genosid.... Ekosid" kitabı işıq üzü görəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Avqust 2006 16:55 (UTC +04:00)

Azərbaycan Respublikası Prokurorluğunun 88-ci ildönümü ərəfəsində Baş prokuror Zakir Qaralovun baş məsləhətçiliyi və hərbi prokuror Xanlar Vəliyevin elmi redaktorluğu ilə "Genosid... Eksoid" adlı kitab işıq üzü görəcək. Bu barədə Trend ə çapa hazırlanan kitabın müəllifi, politoloq Rövşən Novruzoğlu məlumat verib.

R.Novruzoğlunun sözlərinə görə, kitab Qarabağda ermənilər tərəfindən törədilən cinayətlərlə bağlı Azərbaycanın istintaq orqanları tərəfindən toplanan 14 illik materillar əsasında hazırlanıb. Kitabda Ermənistandakı terror təşkilatları, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsində istifadə etdiyi üsullar, Xocalı soyqırımı, Qarabağda Ermənistan qoşunları kontingenti və s. faktlar, sənədlər öz əksini tapıb.

"Həmçinin kitaba Dağlıq Qarabağda təbii sərvətlərin, abidələrin dağıdılmasında fəaliyyəti olan 69 beynəlxalq şirkətin adı göstərilib" - deyə R.Novruzoğlu vurğulayıb.

Azərbaycan, rus və ingilis dillərində nəşr olunacaq "Genosid... Eksoid" kitabının rəsmi təqdimetmə mərasimi Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 88-ci ildönümü ərəfəsində keçiriləcək. Mərasimdə dövlət rəsmiləri də iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti