...

Gültəkin Hacıyeva: Fransa parlamenti Türkiyə əleyhinə qanun qəbul edərsə, Azərbaycan ATƏT-in Minsk Qrupunun formatını nəzərdən keçirməyə məcbur olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2006 16:19 (UTC +04:00)

"Fransa parlamentində "erməni soyqırımı"nı tanımayan şəxslərə qarşı cəza tətbiq edilməsini nəzərdə tutan qanunun qəbulu bu ölkənin təkcə Türkiyə ilə deyil, Azərbaycanla da münasibətlərinə təsir edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan parlamentinin deputatı Gültəkin Hacıyeva bəyan edib.

O əmindir ki, bu, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində qərəzsiz mövqeyini şübhə altına qoyur.

Bu qanun qəbul edildiyi halda Azərbaycan Minsk Qrupunun formatına baxmaq məcburiyyətində qalacaq.

G.Hacıyeva bu məsələyə sivilizasiyalararası aspektdən yanaşmanı düzgün hesab edir. Bundan başqa, Fransa Türkiyənin Avropa Şurasına daxil olmasına mane olur. Bütün bunlar Fransada artan dini və etnik radikallıqla bağlıdır.

Xəbər lenti

Xəbər lenti