...

ATƏT XİN başçıları münaqişələrin qarşısının alınması ilə bağlı məsələni müzakirə edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2006 18:08 (UTC +04:00)

Dekabrın 4-5-də Brüsseldə ATƏT nazirlərinin 14-cü toplantısında münaqişələrin qarşısının alınması ilə bağlı məsələ müzakirə ediləcək. Trend xəbər verir ki, ATƏT-dəki məlumata əsasən, tədbir ATƏT-in fəaliyyətdə olan sədri Karl de Quxtun dəvəti ilə keçiriləcək.

Toplantı 56 ölkənin XİN başçılarına ötən ilki fəaliyyətlərini qiymətləndirmək və nəzərdən keçirmək, təhlükəsizlik məsələləri üzrə öz milli baxışlarını təklif etmək imkanı verəcək. ATƏT Avropa, Mərkəzi Asiya və Şimali Amerika ölkələrini birləşdirən ən böyük regional təhlükəsizlik təşkilatıdır. Təşkilatın məqsədi - münaqişələrin qarşısının alınması, böhranların nizamlanması və münaqişədən sonrakı məkanlarda reabilitasiyadan ibarətdir.

Tədbirdə Azərbaycanı ölkənin XİN başçısı Elmar Məmmədyarov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti