...

Tərtər rayonunda baş verən qasırğa rayona xeyli ziyan vurdu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Noyabr 2006 11:54 (UTC +04:00)

Ötən gün Tərtər rayonunun Evoğlu və Söylən kəndlərində qasırğanın elektrik naqillərində yaratdığı qısa qapanma nəticəsində ot tayalarına alov düşüb. Trend in regional müxbiri xəbər verir ki, elektrik xətlərində qısa qapanma nəticəsində Evoğlu kənd sakini Surxay Məmmədovun evinin dam örtüyünə düşən alovu kənd sakinləri söndürsə də Surxay Məmmədovun xeyli ot tayası yanıb. Tərtər rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qasırğadan xəsarət alan olmasa da evlərin dam örtükləri, elektrik dirəkləri, rabitə xətləri, xeyli sayda ağacları külək aşırıb. Tərtər rayonunda yaradılan Fövqəladə gərargah şurası rayona dəyən ziyanın miqdarını müəyyənləşdirir.

Xəbər lenti

Xəbər lenti