Ağdam rayonunun işğal altında olan ərazilərində təxminən saat 13:00 radələrində güclü partlayış səsləri eşidilib. Trend in regional müxbiri xəbər verir ki, partlayışın səbəbi Ermənistan Silahlı Qüvvələrinin işğal altında olan ərazilərimizdə hərbi təlimlər keçməsi ilə bağlıdır.
Düşmənin təlimlərdə istifadə etdiyi ağır zirehli texnikalardan atılan mərmilər cəbhəyanı kəndlərdə torpaq titrəməsi yaradır.