...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2006 12:45 (UTC +04:00)

Dekabrın 17-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi təkrar pozub. Bu barədə Trend ə Azərbaycan Respublikası Mudafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 21.45-dən 22.00-dək Ağdam rayonunun işğal altında olan Şıxlar kəndinin 1,4 km. cənub-şərqində və işğal olunmuş Baş Qərvənd kəndinin cənubunda yerləşən mövqelərindən, saat 22.00-da isə Tərtər rayonunun işğal olunmuş Cerabert kəndinin 3,5 km. şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutublar.

Cavab atəşilə düşmən susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti