...

Ermənistan Silahlı Qüvvələri Ağdam istiqamətində atəşkəsi pozdu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2007 12:07 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini yenidən pozdu. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, erməni hərbi birləşmələri Ağdam rayonunun işğal altında olan Güllücə kəndindən axşam saat 00:20 radələrindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini 00:35 radələrinə qədər qısa fasilələrlə atəşə tutub. Cəbhə bölgəsində yerləşən hərbiçilərimiz düşmənə cavab atəşi açıb. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti