...

Yanvarın 25-də Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətləri arasında görüş keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2007 14:24 (UTC +04:00)

Yanvarın 25-də Strasbuqda Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətləri arasında görüş keçiriləcək.

Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Abbasov məlumat verib.

Onun sözlərinə görə, bu görüş AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsi çərçivəsində keçiriləcək.

"Görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin sədri lord Rassel Conston da iştirak edəcək. Orada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq", - deyə A.Abbasov vurğulayıb.

Xatırladaq ki, AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2005-ci ilin yanvarında qəbul etdiyi qətnamədə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşlərin keçirilməsi tövsiyyə olunur. Rəsmi Bakı isə belə görüşlərin baş tutmasında maraqlı olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti