...

Kəlbəcər işğal olunandan sonra əhalisi 14 minə yaxın artıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Kəlbəcər rayonunda 63 735 nəfər qeydiyyatdadır. Bu barədə bazar ertəsi Trend ə açıqlamasında Kəlbəcərin Statistika İdarəsinin rəisi Surxay Hümbətov məlumat verib. Onun sözlərinə görə, 1993-cü ildə Kəlbəcər işğal olunanda rayonda 50 mindən artıq əhali qeydiyyatda olub. Hümbətov bildirib ki, il ərzində rayonda orta hesabla 1000 nəfər artıb.

Kəlbəcər əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsinə paylanıb. Daha çox məskunlaşma Gəncə, Bakı və Bərdədədir. Hazırda rayonun 114 orta məktəbi fəaliyyət göstərir. Burada 2315 müəllim və 10 290 şəgird təhsil alır.

Xəbər lenti

Xəbər lenti