...

QAT sədri: "Erməni separatçıları növbəti seçki oyunu ilə dünyanın diqqətini cəlb etməyə çalışır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Dağlıq Qarabağ ərazisində erməni separatçılarının qondarma "prezident seçkiləri" keçirmək təşəbbüsü onların özlərini dünyaya tanınmaq üçün növbəti saxta təbliğat üsuludur. Bu barədə çərşənbə günü Qarabağ Azadlıq Təşklatının (QAT) sədri Akif Nağı açıqlama verib.

O bildirib ki, erməni separatçıları növbəti dəfə seçki oyunlarından istifadə edərək dünya ictimaiyyətinin diqqətini özlərinə cəlb etməyə çalışırlar. QAT sədri onu da deyib ki, bu kimi saxta və beynəlxalq hüquqa zidd hərəkətlər birbaşa Ermənistan dövlətinin hərəkəti kimi qiymətləndirilməlidir.

"Ona görə də Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə Ermənistanla apardığı danışıqlardan imtina etməlidir. Azərbaycan dövləti həm də arxayınlaşmamalı və öz torpaqlarını hərbi yolla işğaldan azad etməlidir"-deyə QAT sədri vurğulayıb.

Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni separatçılarının qondarma rejimi iyulun 19-da "prezident seçkiləri" keçirmək barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti