...

Ermənistan tərəfi Dağlıq Qarabağın azərbaycanlı icması rəhbərinin həmin bölgəyə səfərini təşkil etməkdən boyun qaçırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2007 16:11 (UTC +04:00)
Ermənistan tərəfi Dağlıq Qarabağın azərbaycanlı icması rəhbərinin həmin bölgəyə səfərini təşkil etməkdən boyun qaçırır

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov hesab edir ki, hazırda Azərbaycan və Ermənistan ziyalılarının növbəti görüşünün təşkili qeyri-mümkündür.

Çərşənbə axşamı Əzimov bəyan edib ki, hazırda çox gərgin vəziyyət yaranıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənovun işğal olunmuş ərazilərə səfərini təşkil etmək istəyir, lakin ermənilər buna razılıq vermir. "Biz bilmirik ermənilər nədən qorxurlar" - deyə Əzimov vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişənin yaranması 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. 1992-cu ildən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayonu Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə hələlik nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti