Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Ermənilərin Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinin Dağlıq Qarabağa səfər etmələrinə imkan verməmələri həmin bögədə yaranmış acınacaqlı vəziyyətlə bağlıdır. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov hesab edir ki, ermənilər bununla Dağlıq Qarabağda yaranmış acınacaqlı vəziyyəti gizlətmək istəyirlər.
Bəhmənov Trend ə bildirib ki, beynəlxalq təşkilatların və xarici ölkələrin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərində Dağlıq Qarabağın azərbaycanlı icmasının həmin bölgəyə səfər etməsinə şərait yaradılması məsələsini qaldırıblar. Lakin beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri bölgənin azərbaycanlı icmasının nümayəndələrini Dağlıq Qarabağa səfər etməsi məsələsinə etinasız yanaşıb. Bəhmənovun fikrinə görə: "Onsuz da azərbaycanlılar Dağlıq Qarabağdakı doğma torpaqlarına qayıdacaqlar. Bunun iki yolu var: ya sülh danışıqları nəticə verməlidir, ya da Azərbaycan silah gücünə olsa da öz torpaqlarını işğaldan azad edəcək və insanlar öz evlərinə qayıdacaqlar".
İcma rəhbəri qeyd edib ki, onlar yalnız və yalnız Bakı-Ağdam-Xankəndi-Şuşa maşrutu ilə Dağlıq Qarabağa səfər edə bilərlər. Lakin ermənilər Ağdamı, eləcə də yol kənarında olan digər yaşayış məntəqələrini elə bir vəziyyətə salıblar ki, heç bir beynəlxalq təşkilatın nümayəndəsini ora buraxmaq istəmirlər. Ermənilər bununla Azərbaycan ərazilərində törətdikləri vəşhilikləri dünya ictimaiyyətindən gizlətmək istəyirlər.
Bəhmənov əlavə edib ki, onların Dağlıq Qarabağa səfər etmələri ilə bağlı başqa şərtləri də var: "Əgər belə bir səfər baş tutarsa biz Dağlıq Qarabağın erməni separatçıların "gerbi" və "bayrağı" altında heç bir görüş keçirə və danışıq apara bilmərik. Belə görüş ya Şuşada dağıdılmış evlərdən birində, ya da Xankəndidə separatçılann qondarma gerbi və bayrağı olmayan bir binada keçirilə bilər. Bizim bu şərtlərimiz onlara da məlumdur. Ona görə də bizim Dablıq Qarabağa səfər emtəyimizə imkan vermirlər".
O qeyd edib ki, bu gün ermənilər azərbaycanlılara deyil, azərbaycanlılar onlara lazımdır. Çünki yaşayış Ermənistanda və indi separatçılan nəzarətində olan Dağlıq Qarabağda deyil, Azərbaycandadır.
İcma rəhbəri beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərindən tələblərinin olduğunu da vurğulayıb: "Bu münaqişədə iki maraqlı tərəf var. Bu maraqlı tərəflər Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasıdır. Dağlıq Qarabağın gələcək statusu da bu maraqlı tərəflərin müzakirələri nəticəsində veriləcək. Ona görə də beynəlxalq təşkilatlardan qətiyyətlə tələb edirik ki, iki icmanın görüşlərinə təşkil etsinlər. Bu görüşlər məhz işğal olunmuş ərazilərdə keçirilməli və danışıqlar orada aparılmalıdır. İndiyə qədər iki icmanın görüşləri yalnız xarici ölkələrdə olub. Həmin görüşlərdə Minsk qrupunun həmsədr olan ölkələrin nümayəndələri də iştirak edib. Biz Minsk qrupuna üzv olan ölkələrin nümayəndələrini və iki icmanın təmsilçilərinin iştirak ilə Şuşada görüş keçirilməsini tələb edirik. Nəyə görə bu görüşlər xaricdə keçirilməlidir".
Bəhmənov hesab edir ki, buna baxmayaraq Dağlıq Qarabağın azərbaycanlı icması həmin bölgəyə səfər etmək üçün beynəlxalq təşkilatlara müraciət etmək niyyətində deyil: "Biz öz torpaqlarımıza getmək üçün heç kimə yalvarası deyilik". Onun fikrincə, bu təşəbbüs ATƏT-in Minsk qrupunun həmsədrlərindən gəlməlidir.
Xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının həmin bölgəyə səfər etməsinə imkan vermir və bununula bağlı təklifləri qəbul etmirlər.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.