...

Müxalifətyönlü siyasi blokdan bir neçə partiya xaric ediləcək

Siyasət Materials 17 Sentyabr 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Tərəqqi Alyansından (ATA bloku) bir neçə partiya xaric olunacaq. Bu barədə bazar ertəsi Trend ə blokun sədri Çingiz Dəmiroğlu məlumat verib.

Blokda 21 müxalifətyönlü siyasi partiya təmsil olunur. Alyans bu partiyaların əməkdaşlıq qurumudur.

Dəmiroğlu bildirib ki, blokda təmsil olunan bəzi partiyalar öz mövqeyini dəyişərək artıq iqtidarı dəstəkləyirlər. Buna görə də həmin partiyalar yaxın günlərdə blokdan xaric ediləcəklər: "Biz sırf müxalifət bloku kimi fəaliyyət göstərməyi qarşımıza məqsəd qoymuşuq. İqtidarı dəstəkləyən üzvlərimiz artıq səbrimizi daşırıb, onlarla sonuncu dəfə danışıqlar aparacağıq" - deyə blok sədri qeyd edib.

Dəmiroğlu əlavə edib ki, ATA blokuna daha 8 partiya qoşulmaq istəyir və hazırda onlarla danışıqlar aparılır.

Blokda təmsil olunan 21 partiyadan 10-u dövlət qeydiyyatından keçib.

Xəbər lenti

Xəbər lenti