...

Vitse-spiker: "Beynəlxalq təşkilatların Azərbaycanın hərbi büdcəsinin artırılmasından narahat olmaları əsassızdır"

Siyasət Materials 21 Sentyabr 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycan parlamentinin sədr müavini hesab edir ki, ölkənin hərbi büdcəsinin artırılması beynəlxalq qanunlara və normalara uyğundur və beynəlxalq təşkilatların bundan narahat olması əsassızdır. Bu barədə cümə günü Bakıda keçirdiyi mətbuat konfransında Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komisiyasının sədri Ziyafət Əsgərov məlumat verib.

"Beynəlxalq normalara görə, hər bir dövlətin hərbi büdcəsi ümumi büdcənin 4-6 faizini təşkil edə bilər. Azərbaycanın hərbi büdcəsi ümumi büdcənin 4.8 faizinə bərabərdir. Biz hərbi büdcəni artırmaqda davam edəcəyik" - deyə Əsgərov vurğulayıb.

Azərbaycanın hərbi büdcəsi hazırda bir milyard ABŞ dollarına yaxındır. Ölkənin illik ümumi büdcəsinin bu il 10 milyard dollar olacağı gözlənilir. Beynəlxalq təşkilatlar bir necə dəfə Azərbaycanın hərbi büdcəsinin artırılmasından narahat olduqların açıqlayıblar.

Vitse-spiker bildirib ki, Azərbaycan dünyada gedən iqtisadi proseslərə uyğun olaraq öz hərbi büdcəsini artırır, ümumi büdcə artdıqca bu hərbi büdcəyə də təsir edir: "Hətta, Azərbaycan dünyada gedən iqtisadi proseslərdən kənara çıxsa belə, öz hərbi büdcəsini artırmağa haqqı var. Çünki Azərbaycan işğala məruz qalan ölkədir".

Əsgərov qeyd edib ki, Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistan sürətlə silahlanır. Hazırda Gürcüstanda yerləşən Rusiya hərbi bazalarından çıxarılan silah və texnika Ermənistan və Dağlıq Qarabağda yerləşdirilir, Moskva işğalçı ölkəyə bir milyard dollarlıq silah verib: "Rusiya və Ermənistan mətbuatı Azərbaycanın hərbi büdcəsinin artmasını çox şişirdir. Lakin rəsmi Bakı silahlanma siyasəti həyata keçirmir".

Xəbər lenti

Xəbər lenti