...

"ABŞ Konqresinin "erməni soyqırımı" məsələsinin müzakirəsini təxirə salması Azərbaycan hökumətini sevindirir" – Prezident Aparatının şöbə müdiri

Siyasət Materials 10 Oktyabr 2007 20:24 (UTC +04:00)
"ABŞ Konqresinin "erməni soyqırımı" məsələsinin müzakirəsini təxirə salması Azərbaycan hökumətini sevindirir" – Prezident Aparatının şöbə müdiri

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova /"ABŞ Konqresinin qondarma "erməni soyqırımı" məsələsinin müzakirəsini təxirə salması Azərbaycan hökumətini sevindirir",-deyə çərşənbə günü Azərbaycan Prezidenti İcra Aparatının İctimai- siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə söyləyib.

"Bu məsələdə rəsmi Bakının mövqeyi aydındır,- deyən Həsənov bildirib ki, - Biz onun üzərində dayanırıq ki, qondarma "erməni soyqırımı" ermənilərin bütün gücləri ilə öz xeyirlərinə istifadə etməyə çalışdıqları uydurmalarıdır".O bildirib ki, dünyadakı erməni lobbisinin yalan təbliğatı nəticəsində, bir sıra böyük dövlətlər Ermənistanın tərəfinə keçiblər".

Xəbər lenti

Xəbər lenti