Azərbaycan, Bakı / Trend , müxbir A. Qasımova, D. Xatınoğlu / "Azərbaycan və İranın maraqları və təhlükəsizliyi bir-birinə bağlıdır". Bu barədə çərşənbə axşamı İran İslam Respublikasının prezidenti Mahmud Əhmadinejad Azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü zamanı bildirib.
İran liderinin sözlərinə görə, hər iki ölkənin yüksək vəzifəlt məmurlarının fəaliyyəti sayəsində Tehran və Bakı arasında münasibətlər yalnız güclənir. "Biz həmişə Bakı ilə qardaşlıq və dostluq əlaqələrini dəştəkləmişik. Azərbaycanın inkişafı və onun təhlükəsizliyinin qorunması bizim maraqlarımıza, İranın inkişafı isə, Azərbaycanın maraqlarına xidmət edir" - deyə Əhmədinejad bildirib.
İlham Əliyev bildirib ki, Azərbaycan və İran həmişə bir-birini dəstəkləyib. Onun sözlərinə görə, bəzi qüvvələr iki ölkə arasında münasibətləri pozmaq niyyətində idi, lakin onların cəhdlərinə baxmayaraq, iki ölkənin münasibətləri ancaq möhkəmlənir və genişlənir. "Mən istəyirəm ki, İran bütün sahələrdə Azərbaycanı dəstəkləməyi davam etdirsin" - deyə prezident Əliyev qeyd edib.
İlham Əliyev, həmçinin, vurğulayıb ki, Azərbaycan Rusiya və İran arasında enerji əlaqələrini möhkəmləndirə bilər.