...

ABŞ Avropanın enerji təhlükəsizliyini Rusiya olmadan mümkünsüz hesab edir – Dövlət Departamentinin nümayəndəsi

Siyasət Materials 19 Oktyabr 2007 11:19 (UTC +04:00)
ABŞ Avropanın enerji təhlükəsizliyini Rusiya olmadan mümkünsüz hesab edir – Dövlət Departamentinin nümayəndəsi

ABŞ Avropanın enerji təhlükəsizliyini Rusiya olmadan mümkünsüz hesab edir, lakin enerji resurslarının tədarükündə mənbələrin rəqabət aparması uğrunda çıxış edir.

İTAR-TASS -ın yazdığına görə, bu barədə oktyabrın 10-11-də Vilnüsdə baş tutan "Məsuliyyətli enerji - məsuliyyətli tərəfdaşlar üçün" adlı beynəlxalq konfransın yekununu şərh edən ABŞ dövlət katibinin müavin köməkçisi Metyu Brayza bəyan edib.

"Bizim rusiyalı tərəfdaşlarla danışıqlara ehtiyacımız var, xüsusilə "Qazprom"la. Lakin eyni zamada biz dərk etməliyik ki, digər ölkələr və şirkətlər, həmçinin ticarət əsasında enerji resurslarının tədarükü üzrə öz xidmətlərini təqdim edə bilərlər" - deyə o bildirib.

Brayza qeyd edib ki, Vilnüsdəki konfrans "Heç bir halda Rusiyaya qarşı yönəlməyib və Rusiyanın Avropa bazarı və ya Xəzər regionundakı layihələrdən kənarlaşdırmaq cəhdi güdmür ". Eyni zamanda o əlavə edib ki, "ABŞ-ın nəzərində, heç kim Avropaya qaz tədarükündə inhisara malik ola bilməz".

Vilnüs konfransı Litva və Polşa prezidentləri Valdus Adamkus və Lex Kaçinskinin təşəbbüsü ilə təşkil olunub. Burada, həmçinin Azərbaycan, Gürcüstan, Latviya, Rumıniya və Ukrayna prezidentləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti