...

AŞ və Aİ Cənubi Qafqaz ölkələrinə azad və ədalətli seçkilərin keçirilməsində yardım edəcəklər

Siyasət Materials 23 Oktyabr 2007 18:25 (UTC +04:00)
AŞ və Aİ Cənubi Qafqaz ölkələrinə azad və ədalətli seçkilərin keçirilməsində yardım edəcəklər

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Avropa Şurası və Avropa İttifaqı Cənubi Qafqaz ölkələrində və Moldovada 2008-2009-cu illərdə azad və ədalətli seçkilərin keçirilməsi üçün birgə proqram həyata keçirəcəklər. Bu barədə çərşənbə axşamı Strasburqda AŞ və Aİ nümayəndələrinin görüşündən sonra məlum olub.

AŞ və Aİ ölkələrə seçkilər üçün güclü hüquqi strukturun yaradılması, seçki kampaniyalarının ədalətli işıqlandırılmasında KİV-in sərbəstliyinin təmnin olunmasına yönəldilmiş yardımda fəaliyyətlərini birləşdirmək barədə razılığa gəliblər.

Azərbaycanda prezident seçkiləri 2008-ci ilin 15 oktyabrında, Ermənistanda isə, gələn ilin yazında keçiriləcək. 2008-ci ildə Gürcüstanda eyni vaxtda prezident və parlament seçkiləri keçiriləcək.

AŞ və Aİ, həmçinin, insan haqları, demokratiya və hüquqi normalar, xüsusilə, "dondurulmuş münaqişələr" məsələlərinin təşviqi üçün, regional əməkdaşlığın mühümlüyü barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti