...

Azərbaycan prezidenti İsveçrə Konfederasiyası Milli Şurasının sədrini qəbul edib

Siyasət Materials 2 Noyabr 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev cümə günü Prezident sarayında İsveçrə Konfederasiyası Milli Şurasının sədri Kristin Egerszegi-Obristi qəbul edib. Egerszegi-Obrist bildirib ki, səfəri İsveçrədə Azərbaycan haqqında daha geniş məlumatın əldə olunması baxımından əhəmiyyətlidir. Azərbaycan prezidenti bu il Davosa səfəri zamanı İsveçrə prezidenti ilə görüşdüyünü və onunla səmərəli müzakirələr apardıqlarını deyib. Prezident Əliyev Azərbaycan ilə İsveçrə arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkanlar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti