...

Türkiyə prezidentinin Azərbaycana səfəri ilə bağlı magistral yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Siyasət Materials 5 Noyabr 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gülün Azərbaycana səfəri ilə bağlı, Bakı şəhərinin bəzi magistral yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, bazar ertəsi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, noyabrın 6-8-də dövlət tədbirlərinin yüksək səviyyədə keçirilməsi və təhlükəsizliyinin təmin olunması məqsədilə Aeroport yolu, Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, Həsənoğlu küçələrində, Qələbə meydanı, Bakı Dövlət Universiteti, Əyləncə Mərkəzi, Azneft dairəsi istiqamətində bütün avtomobillərin hərəkəti məhdudlaşdırılaraq, istiqamət dəyişdiriləcək.

Həmin müddətdə, həmçinin, bütün növ yük avtomaşınlarının hərəkəti qadağan ediləcək. Yol polisi sürücülərdən alternativ yollardan istifadə olunmasını xahiş edir.

Xəbər lenti

Xəbər lenti