...

Eks-prezident: "Azərbaycanda praktiki olaraq siyasi müxalifətin olmaması ölkənin özünə ziyandır"

Siyasət Materials 9 Noyabr 2007 14:00 (UTC +04:00)
Eks-prezident: "Azərbaycanda praktiki olaraq siyasi müxalifətin olmaması ölkənin özünə ziyandır"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda praktiki olaraq siyasi müxalifətin olmaması ölkənin özünə ziyandır, bu sözləri cümə günü Trend ə eksklüziv müsahibəsində eks-prezident Ayaz Mütəllibov deyib. Onun sözlərinə görə, Azərbaycandakı seçkilərin demokratik keçirilməsi ictimai nəzarəti həyata keçirmək iqtidarında olan müxalifətin də mövcudluğundan asılıdır.

Azərbaycanda gələn il oktyabrın 15-də növbəti prezident seçkiləri keçiriləcək. 2005-ci ildə ölkədə keçirilən parlament seçkilərindən sonra Azərbaycan müxalifəti aktiv siyasi fəaliyyətlə məşğul ola bilmir. Artıq üç müxalifət-Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyalarını özündə birləşdirən "Azadlıq" bloku prezident seçkilərini boykot edib. Blok hesab edir ki, seçki komissiyaları paritet əsasda formalaşmalıdır.

Mütəllibov hesab edir ki, prezident seçkilərinin demokratik keçirilməsi beynəlxalq müşahidəçilərdən yox, seçicilərin iradəsindən asılıdır. "Azərbaycanda demokratik seçkilərin keçirilməsi xalqın özünə lazımdır, çünki bu, ölkənin inkişafına təsir edən amildir" eks-prezident əlavə edib. Onun fikrincə, Azərbaycan cəmiyyətində olan gərginlik iqtidarla müxalifət arasında normal dialoqun yaranmasına qədər davam edəcək.

Azərbaycanın siyasi həyatında real iştirak etməyin təkcə onun planlarından asılı olmadığını deyən sabiq prezident vətənə qayıtmaq üçün pasport almaq üçün Azərbaycanın Xarici İşlər və Daxili İşlər nazirliklərinə müraciət etdiyini vurğulayıb.

Mütəllibov 1992-ci ildə Xalq Azadlıq Hərəkatının hakimiyyətə gəlişindən sonra ölkəni tərk edərək Rusiyaya gedib. Azərbaycan müstəqillik əldə etdikdən sonra sovet pasportu milli pasportla əvəzlənib. Xarici ölkələrə gedib-gəlmək üçün milli pasport alınmalıdır.

Eks-prezident Azərbaycanın Baş Prokurorluğunun ittihamı əsasında beynəlxalq axtarışa verilib. Mütəllibov dövlət çevirilişinə cəhd, qanunsuz silahlı dəstələrin yaradılması, zorla hakimiyyəti ələ almaq və digər ağır cinayətlər törətməkdə günahkar bilinir.

Xəbər lenti

Xəbər lenti