...

Azərbaycan vəkili müxalifəti korrupsioner məmurlarla işbirliyində günahlandırıb

Siyasət Materials 24 Noyabr 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan vəkili müxalifəti korrupsioner məmurlarla işbirliyində günahlandırıb. "Müxalifət vəzifəsindən çıxarılan, korrupsiya yolu ilə külli miqdarda sərvət toplamış məmurları öz tərəfinə çəkməyə, hakimiyyətə qarşı istifadə etməyə çalışır" şənbə günü Azərbaycanın müxalid Ədalət Partiyasının qurultayında vəkil Aslan İsmayılov bildirib.

Azərbaycan müxalifəti korrupsiya hallarına görə vəzifəsindən çıxarılan sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin müdafiəsinə qalxıb.

Vəkil bildirib ki, İlham Əliyev prezident seçiləndən sonra cəmiyyətin ən böyük korrupsioner kimi tanıdığı nazirləri vəzifəsindən azad etdikdən sonra müxalifət onların müdafiəsinə qalxdı, keçmiş korrupsionerlərə qucaq açıb. Onun sözlərinə görə, müxalifətin iqtidarın bütün fəadliyyətinə, gödüyü işlərə mənfi münasibət bəsləməsi, qara yaxması düzgün deyil. Vəkil hesab edir ki, iqtildarın gördüyü müsbət işlər müxalifət tərəfindən təqdir olunmalıdır. O qeyd edib ki, 2008-ci ilin prezident seçkiləri həm iqtidar, həm müxalifət üçün gərgin keçəcək.

"Nəyə görə, müxalifət partiyaları iqtidarın fəaliyyətini təqdir etməlidir? Bu, müxalifətin işi deyil, müxalifət hakimiyyətin işini tənqid etməli, nöqsanları göstərərək, problemlərin həlli yollarına dair təkliflər verməlidir" bu sözləri vəkilə cavabında Azərbaycanın müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbər söyləyib. Qəmbər bildirib ki, Azərbaycanda korrupsiya halları mövcudur və mətbuata basqılar güclənib.

Xəbər lenti

Xəbər lenti