...

Gürcüstan iqtisadi kursunu dəyişməyə hazırlaşmır - səfir

Siyasət Materials 15 Dekabr 2007 11:32 (UTC +04:00)
Gürcüstan iqtisadi kursunu dəyişməyə hazırlaşmır - səfir

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Gürcüstanda hakimiyyətin dəyişməsindən sonra da Azərbaycanla iqtisadi münasibətlər yendə sabit olaraq inkişaf edəcək. Bu barədə şənbə günü Trend ə Gürcüstanın Azərbaycandakı səfiri Nikolaze Natbiladze məlumat verib. Gürcüstanda prezident seçkiləri yanvarın 5-də keçiriləcək.

"Eyni kursun davam etdiriləcəyini gözləyirik" - deyə səfir bildirib. Natbiladzenin sözlərinə görə, Gürcüstan və Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsində Tbilisi tərəfindən dəyişikliklər edilməyəcək. "İqtisadi sahə daha çox diqqət tələb edir, buna görə də mən hesab edirəm ki, hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq, bu sahəyə yenə də xüsusi diqqət ayrılacaq" - deyə səfir bildirib.

Gürcüstan parlamenti noyabr ayında Gürcüstan müxalifətinin kütləvi nümayişlər keçirərək hazırki prezident Mixail Saakaşvilinin istefasını tələb etməsindən sonra növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul edib.

Gürcüstanda 16 namizəd qeydə alınıb. Saakaşvili "Vahid Milli Hərəkat" partiyasından namizəddir, "BGG" Sosial Tədqiqatlar Mərkəzinin sorğusuna əsasən, o, Gürcüstan prezidenti postuna namizədlərin reytinqində liderlik edir. Respondentlərin 54,5%-i Saakaşviliyə qarşı səs verməyə hazırdır. Müxalifəti seçkilərdə Levan Qaçiçeladze təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti