...

Ukraynanın yeni seçilən Baş naziri Yuliya Timoşenko əvvəlki səhvlərini təkrarlamayacaq-Ukraynalı politoloq

Siyasət Materials 18 Dekabr 2007 20:00 (UTC +04:00)
Ukraynanın yeni seçilən Baş naziri Yuliya Timoşenko əvvəlki səhvlərini təkrarlamayacaq-Ukraynalı politoloq

Azərbaycan, Bakı/ " müxbir A.Qasımova/ Ukraynanın Baş naziri Yuliya Timoşenko 2005-ci ilin səhvlərini təkrarlmayacaq. "Yuliya Timoşenko üçün Baş nazir postunda çətin olacaq. O, siyasi konfrontasiya və etiraz üsulu ilə işləməyə öyrəşib. İndi isə o, Baş nazir kimi, qanunvericiliyin məhsludar işini təmin etmək və qanunverici təşəbbüslə çıxış etməlidir"-Ukraynalı politoloq, "Sofiya" Siyasi Araşdırmalar Mərkəzinin direktoru Andrey Yermolayev bildirib. Bu gün, Ukrayna Ali Radasının deputatları Timoşenkonu Baş nazir vəzifəsinə seçiblər. Səsvermədə iştirak edən bütün deputatlar ona səs veriblər. Səsvermədə "narıncı" fraksiyalardan - Timoşenko Bloku və "Bizim Ukrayna-Xalq Özünümüdafəsi"-n dən 226 deputat iştirak edib. Bu fraksiyaların iclasda iştirak edən bütün üzvləri Timoşenkonun namizədliyini dəstəkləyiblər. Çərşənbə axşamı Yermolayev telefonla Trend -ə bildirib ki, Ali Radadakı səsvermə, xalqın Timoşenkoya, Yuşenkodan daha çox etimad göstərdiyini sübut edib. Ekspertin sözlərinə görə, Baş nazir kimi Timoşenko üçün əsas prioritet özəlləşdirmə siyasətinin səfərbərliyi olacaq. "2008-ci il iki qeyri-bərabər hissəyə bölünür. Birinci hissədə investisiyaların cəlb edilməsi, özəlləşdirmə layihələri, büdcənin balanslaşdırılması öz əksini tapıb. İkinci hissə Konstitusiyanın taleyi haqqında debatlarla müşayiət olunacaq"-Yermolayev bildirib. "Yuşenko da, YTB da "Bizim Ukrayna" da uzun müddət ya müxalifətdə ya da tarazlıqda olublar. Onlardan heç biri güclü sistemli müxalifətin, özünü necə aparmağın, hakimiyyəti necə qorumağın nə olduğunu bilmir. Buna görə, onlar hələ çox öyrənməlidirlər"-o, qeyd edib. Onun sözlərinə görə, Ukraynada siyasi mitinqlər dövrü tarixə qovuşur və hazırda gizli hökumətlər, əks təşəbbüslərlə kəskin mübarizə vaxtıdır. Dekabrın 11-də Rada Timoşenkonu Baş nazir vəzifəsinə təsdiq edə bilməyib. Belə ki, onun namizədliyinə 225 deputat səs verib. Baş nazir seçilmək üçün 1 səs çatmayıb. Koalisiya bildirib ki, elektron səsvermə sistemi işləməyib. Lakin yoxlamalar sistemin normal işlədiyini göstərib. Buna görə, adbaad səs vermək qərara alınıb.

Xəbər lenti

Xəbər lenti