...

Rusiyanın Qəbələ RLS-ə dair təklifi qüvvədə qalır – Yastrjembski

Siyasət Materials 19 Dekabr 2007 12:20 (UTC +04:00)
Rusiyanın Qəbələ RLS-ə dair təklifi qüvvədə qalır – Yastrjembski

Amerikanın Raket Əleyhinə Müdafiə (RƏM) Sistemində Qəbələ Radioljkasiya Stansiyasının (RLS) birgə istifadəsinə dair Rusiyanın təklifi danışıqlar masası üzərində qalır. Bu barədə Rusiya Federasiyası prezidentinin Avropa İttifaqı ilə münasibətlərin inkişafı məsələləri üzrə xüsusi təmsilçisi Sergey Yastrjembski "RİA Novosti"də Moskva-Varşava videokörpüsü zamanı bildirib.

"Biz hesab edirik ki, Qəbələ və Armavir üzrə təkliflər danışıqlar masası üzərində qalır" - deyə o bildirib.

ABŞ 2011-2012-ci illərdə Çexiyada RƏMS, Polşada isə on raket əleyhinə sistem yerləşdirməyi nəzərdə tutub. Vaşinqtonun bəyanatına görə, sistem ABŞ və Avropaya tuşlanmış raketləri aşkar etmək və onları zəzərsizləşdirmək iqtidarındadır. Moskva ABŞ-ın əsaslarını inandırıcı hesab etmir və RƏMS obyektlərinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsini öz milli təhlükəsizliyi üçün təhlükə kimi qiymətləndirir. Rusiya amerikalılara Azərbaycandakı Qəbələ RLS-si və Armavidə tikilməkdə olan stansiyadan birgə istifadəni təklif edir.

Yastrjembski qeyd edib ki, Polşa, Çexiya və digər NATO ölkələri Amerika RƏMS-nin Şərqi Avropada yerləşdirilməsinə dair Rusiya və ABŞ müzakirələrindən kənarda qalmamalıdır.

"Biz şadıq ki, siz potensial raket təhlükəsi ilə əlaqədar problemə kollektiv cavab vermək cəhdlərindən danışırsınız" - Yastrjembski vurğulayıb.

O qeyd edib ki, Rusiya təkliflərinin mahiyyəti potensial raket təhlükəsinin müəyyən olunması, onların dərk edilmsəsi və qərarların qəbul edilməsi istiqamətində birgə fəaliyyətlə bağlıdır. Yastrjembskinin sözlərinə görə, əsas odur ki, onlar (təhlükələr) Rusiya ilə Qərb arasında münasibətlərin pozulmasına gətirib çıxarmasın, əksinə yeni əməkdaşlıq sistemlərinin yaranmasına imkan yaratsın.

"Rusiya ətrafı və onun ərazilərinin yaxınlığında fəaliyyət göstərilən və ya fəaliyyət göstərməyə cəhd edilən zaman biz təbii olaraq bunu hər şeydən əvvəl Rusiya Federasiyası üçün potensial təhlükə hesab edirik" - deyə RF-nın prezident köməkçisi yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti