...

Rusiya kommunistləri "dondurulmuş münaqişələrin" həllini vahid ittifaq dövlətinin yaradılmasında görürlər

Siyasət Materials 24 Dekabr 2007 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir C.Babayeva/ Vahid ittifaq dövləti yaradıldıqdan və hakimiyyət əməkçi xalqa məxsus olduqdan sonra, bütün "dondurlmuş münaqişələr" sadə xalqın maraqları çərçivəsində, dinc yolla həll ediləcək. Bu barədə bu gün RF Kommunist Partiyasının birinci müavini Yevgeni Kopışev Bakıda bildirib. " Bizi təkcə Dağlıq Qarabağ münaqişəsi deyil, Cənubi Osetiya, Abxaziya, Gürcüstan və Dnestryanı ərazidəki vəziyyət narahat edir. Biz bu münaqişələri ayırmırıq. Buna qarşı olanlar Dağlıq Qarabağda, Dnestryanıda və Cənubi Osetiyada axıdılan qanlara görə ciddi məsuliyyətə cəlb olunacaq" - Kopışev bildirib. Kopışev Azərbaycan Kommunist Partiyasının dəvəti ilə Bakıda səfərdədir.

Xəbər lenti

Xəbər lenti