...

Azərbaycan parlamenti inhisarçılığa qarşı mübarizə aparılmasının nəzərdə tutan qanun layihəsini qəbul edib

Siyasət Materials 25 Dekabr 2007 19:32 (UTC +04:00)
Azərbaycan parlamenti inhisarçılığa qarşı mübarizə aparılmasının nəzərdə tutan qanun layihəsini qəbul edib

Azərbaycan, Bakı Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti ölkədə azad sahibkarlığa və sağlam rəqabətə əlverişli şəraitin yaradılmasını nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda qəbul edib. Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Rəqabət Məcəlləsi müzakirə və ikinci oxunuşda qəbul olunub.

Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komisiyasının sədri Ziyad Səmədzadə qeyd edib ki, Rəqabət Məcəllləsi 1 il əvvəl Milli Məclisdə birinci oxunuşdan keçib: "Həmin dövrdən sonra deputatların verdikləri təkliflər əsasında, Qanunun təkmiləşdirməsi üçün işçi qrup yaradılıb. Ləyihə, demək olar ki, təzədən işlənib və təkmilləşdirmə nəticəsində, maddəlirin sayı 97-dən 82-yə qədər azalıb".

Səmədzadə vurğulayıb ki, ilkin variantda Rəqabət Məcəlləsində rəqabət orqanın işçilərinə müəyyən üstünlüklər, təminatlar və imtiyazların verilməsi nəzərdə tutulurdu. Təkmilləşdirildikdən sonra bu məsələlər Rəqabət Məcəlləsindən çıxarılıb və rəqabət orqanının işçiləri dövlət qulluqçuları hesab olunacaqlar.

Rəqabət Məcəlləsi sahibkarlıq fəaliyəti sahəsində azad və sağlam rəqabətin təmin edilməsinin və qorunmasının hüquqi əsaslarını müəyyən edir. Layihədə qeyd olunub ki, iqtisadiyyatın inhisarlaşdırılması, inhisarçılığa xidmət edən və bazar subyektlərinin rəqabətini məhdudlaşdıran muqavilələrin imzalanması və həyata keçirilməsi yolverilməzdir. Rəqabət Məcəlləsinin hazırlanmasında məqsəd bu kimi mənfi halların qarşısını almaqdır.

Məcəllə sahibkarlıq fəaliyyətində haqsız rəqabətə yol verməməyi, qiymətlərin rəqabət əsasında formalaşmasını və alıcıların bazarda azad seçiminə şərait yaradılmasını nəzərdə tutur. əqsəd bu kimi mənfi halların qarşısını almaqdır. Rəqabət Məcəlləsi milli sahibkarların rəqabət qabiliyyətinin gücləndirilməsinə, daxili bazarın qorunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Məcəllədə rəqabət qanunvericiliyinə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, dövlətin rəqabət siyasətini hazırlamaq və həyata keçirilməsini təşkil etmək, bazar subyektlərinin inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması, aradan qaldırılması sahəsində tədbirlər hazırlamaq və həyata keçirmək, dövlət inhisarında olan xidmətlərin göstərilməsi zamanı rəqabət qanunvericiliyinə riayət olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək, müxtəlif bazarlarda rəqabətin cari vəziyyəti, inhisarçılığa qarşı həyata keçirilən tədbirlər və onların nəticələri barədə kütləvi informasiya vasitələrində məlumat yaymaq üçün rəqabət orqanının yaradılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti