...

Luis Mariya de Puiq AŞPA-nın yeni rəhbəri seçildi

Siyasət Materials 21 Yanvar 2008 23:31 (UTC +04:00)
Luis Mariya de Puiq AŞPA-nın yeni rəhbəri seçildi

Fransa, Strasburq, 21 yanvar / Trend müxbir A.Məhərrəmli/ Luis Mariya de Puiq bu gün Avropa Şurası Paprlament Assambleyasının yeni sədri seçilib. Bazar ertəsi öz işinə başlayan AŞPA-nın qış sessiyasında İspaniya nümayəndəsinin qurum rəhbəri vəzifəsinə irəli sürülən yeganə namizədliyi müzakirə edilərək təsdiq olunub.

Luis Mariya de Puiqin namizədliyi bu gün səhər AŞPA Bürosunun iclasında təsdiq olunub. Onun namizədliyinə AŞPA-da təmsil olunan bütün siyasi partiyalar səs veriblər.

İspaniyalı deputatın namizədliyi AŞPA-da ötən həftə Sosialist qrup tərəfindən irəli sürülüb. Senator Puiq AŞPA-da elm, mədəniyyət və təhsil üzrə komitəyə rəhbərlik edib.

Qurumun nizamnaməsinə edilən yeni dəyişikliklərə əsasən bundan sonra sədr əvvəlki kimi AŞPA-ya üç il yox, iki il rəhbərlik edəcək.

Sessiyanın iclasında həmçinin AŞPA-nın 20 vitse-prezidentindən 19-u seçilib. Onların arasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, habelə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri David Xarutyunyan var. Yalnız Kiprdən olan vitse-prezidentin yeri vakant qalıb.

Nizamnaməyə əsasən AŞPA sədrinin müavinləri iki dəfə bir il müddətinə seçilə bilərlər.

Xəbər lenti

Xəbər lenti