Gürcüstan, Tbilisi, 24 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan -Rusiya münasibətlərinin həlli daha çox Gürcüstandan deyil, Qərb və Rusiyadan, xüsusən də Gürcüstanın Rusiyadakı yeni səfirinin kim olacağından asılıdr. Gürcüstanlı politoloq Ramaz Sakvarelidze belə hesab edir.
Gürcüstanın Rusiyadakı səfiri İrakli Çubinişvili getməsi haqqında ərizə yazdıqdan sonra, onun mümkün varisi kimi, "Rustavi 2" teleşirkətinin Baş direktoru Eros Kiçmarişvilinin adı çəkilib. Bu məlumatı rəsmi olaraq heç kim təsdiqləmir.
Sakvarelidze cümə axşamı Trend -ə Eros Kiçmarişvilinin Gürcüstanın Rusiyadakı səfiri vəzifəsinə mümkün təyini və ümumiyyətlə, bu namizədliyə baxılmasının gözlənilməz olduğunu bildirib. Onun sözlərinə görə, Rusiyanın Gürcüstanın xarici siyasətinin əsas sektoru olduğuna istinadən, Moskvaya böyük təsiri olmayan adamın səfir vəzifəsinə təyini məsələsinə baxılmasını kifayət qədər gözlənilməz hesab etmək olar.
"Göründüyü kimi, Kiçmarişvili heç bir potensiala malik deyil. Buna qədər onu öz biznes-maraqları olan insan kimi tanıyıblar", - Sakvarelidze bildirib.
Bununla yanaşı, bu gün Rusiyada səfir vəzifəsinə bir neçə il ərzində artıq bu vəzifədə olan Təhlükəsizlik Şurasının katibi Kaxi Lomayanın namizədliyinin nəzərdən keçirildiyi məlum olub. Lakin, Trend -ə məlum olduğuna görə, Gürcüstanın xarici işlər naziri Qela Bejuaşvili hökuməti tərk etmək qərarına gəldiyi və Təhlükəsizlik Şurasının katibi vəzifəsindən imtina etdiyi üçün, hökumət dairələrində Kaxi Lomayanın Rusiyaya səfir təyin edilməsinin mümkünlüyü məsələsi gündəlikdən çıxarılıb.