...

Bakıda Avropa Komissiyasının nümayəndəliyi açılıb (yeniləndi)(video)

Siyasət Materials 4 Fevral 2008 19:00 (UTC +04:00)
Bakıda Avropa Komissiyasının nümayəndəliyi açılıb (yeniləndi)(video)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir K.Ramazanova / Bazar ertəsi Avropa İttifaqının "Üçlüyü" Bakıda Avropa Komissiyasının yeni nümayəndəliyinin açılışında iştirak edib.

Açılış mərasimində Avropa İttifaqının Xarici Əlaqələr üzrə komissarı Benita Ferrero Valdner, Sloveniya XİN başçısı Dmitri Rupel, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, o cümlədən, Azərbaycan hökumətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanda Avropa Komissiyasının ofisinin açılması ilə əlaqədar, 2002-ci ildən ölkədə fəaliyyət göstərən "Europe House", Azərbaycanda fəaliyyətini dondurur. Onun funksiyaları Avropa Komissiyasının ölkədəki nümayəndəliyinə keçir.

Avropa Komissiyasının nümayəndəliyi həyata keçirilən ticari-iqtisadi layihələri davam etdirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti