...

Sərhədçilər Rusiyaya narkotika qaçaqmalçılığının qarşısını alıblar

Siyasət Materials 5 Fevral 2008 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı,05 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Dövlət Sərhəd Xidmətinin əməkdaşları "Azərbaycan-Rusiya" marşrutu ilə 31 kq-dan artıq narkotikanın qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşını alıblar. DSX-nin İstintaq və Təhqiqat İdarsinin rəisi Azər İbrahimov çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib ki, yanvarın 31-də Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlər nəticəsində 30 yaşlı Mehparə Vəliyeva saxlanılıb. "Bakı-Sankt-Peterburq" marşrutu ilə hərəkət edən qatarda Vəliyevanın yükünə baxış keçirilərkən iki ədəd karton bağlamada meyvələrin arasında gizlətdiyi 31 kq 600 qram həşiş qətranı aşkar edilib.

Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixatrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.2, 234.4.3) və qaçaqmalçılığa cəhd (29, 206.2) maddələri ilə cinayət işi başlanıb.

Vəliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti