...

Azərbaycanda məhkuma narkotik maddə keçirmək istəyən qadınlar saxlanılıb

Siyasət Materials 6 Fevral 2008 18:45 (UTC +04:00)

Azяrbaycan, Bakы, 06 fevral / Trend , mцxbir K. Zərbalıyeva/ Penitensiar Xidmətin əməkdaşları cəzaçəkmə müəssisəsinə heroin keçirmək istəyən qadinlari saxlayıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend ə bildirilib ki, fevralın 6-da 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları həmin müəssisədə cəza çəkən Ruşan Qəmbərovun görüşünə gəmiş qohumlarının gətirdiyi sovqata baxış keçirərkən, sirkəyə qoyulmuş badımcanın içərisindən 20 qramdan artıq heroin aşkarlayıb.

Görüşə gələn məhkumun anası Rəfiqə, həyat yoldaşı Xanım, qızı Mətanət Qəmbərovalar badımcanın içərisində gizlətdikləri narkotikanı Ruşan Qəmbərova ötürmək istəyiblər.

Aşkar olunmuş narkotika və saxlanılan şəxslər aidiyyatı üzrə Nizami Rayon Polis İdarəsinə təhvil verilib.

Ruşan Qəmbərov Cinayət Məcəlləsinin satış məqsədilə narkotik maddələri və psixоtrop maddələri hazırlama, əldə etmə, göndərmə, daşıma və satmaqda (234.4.2) ittiham olunaraq, 10 il azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti