...

Rusiya BMT TŞ-də separatçı münaqişələrin həllinə vahid yanaşmanın hazırlanması haqqında məsələ qaldıracaq – Putin

Siyasət Materials 14 Fevral 2008 15:58 (UTC +04:00)
Rusiya BMT TŞ-də separatçı münaqişələrin həllinə vahid yanaşmanın hazırlanması haqqında məsələ qaldıracaq – Putin

Rusiya, Moskva, 14 fevral/ Trend , müxbir R.Ağayev/ Kosovonun müstəqilliyinin elan edilməsinin birtərəfli şəkildə dəstəklənməsinin nə mənəvi, nə də hüquqi səbəbi yoxdur. Bu barədə bu gün Rusiyanın prezidenti Vladimir Putin mətubat konfransında bildirib.

Rusiya dövlətinin başçısı hesab edir ki, BMT-nin bütün dövlətləri Birləşmiş Millətlərin Təhlükəsizlik Şurasının Serbiyanın ərazi bütövlüyünü tanıyan 12 44 saylı Qətnaməsinə əməl etməlidir. Onun sözlərinə görə, dünyanın müxtəlif regionlarında eyni məsələlərin həllinə ikili standartlarla yanaşmaq olmaz.

"Deyirlər ki, Kosovo xüsusi haldır. Onda xüsusi heç bir şey yoxdur. Bu, digərləri kimi, etnik münaqişədir" - Putin bildirib və Avropanın 40 ildən çoxdur ki, mövcud olan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini nə səbəbə tanımaması sualı ilə jurnalistlərə müraciət edib.

Prezident separatçı köklərə malik olan münaqişələrin həlli üçün vahid prinsiplər hazırlamağa çağırıb. Putin Rusiyanın bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracağını bildirib.

1999-cu ildən formal olaraq Serbiya ərazisinin bir hissəsi olan Kosovo BMT-nin idarəsindədir. Kosovo albanları bu diyarın Serbiyadan müstəqilliyinin elan edilməsinə təkid edirlər. Qərb bildirib ki, diyarın müstəqilliyini tanımağa hazırdır. Lakin Belqrad bu regiona yalnız muxtariyyat verməyə hazırdır. Rusiya BMT-nin əsasnaməsini pozaraq Belqradın sərhədlərin dəyişdirilməsini istisna edən mövqeyini dəstəkləyib. Bu, RF-nin veto hüququna malik olduğu Təhlükəsizlik Şurası formatında danışıqların "dalana dirənməsi" kimi qəbul edilib.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti