...

Azərbaycan və Gürcüstan GUAM-ın 2008-ci il büdcəsinə üzvlük haqqını bütünlüklə ödəyib

Siyasət Materials 4 Mart 2008 15:12 (UTC +04:00)
Azərbaycan və Gürcüstan GUAM-ın 2008-ci il büdcəsinə üzvlük haqqını bütünlüklə ödəyib

Ukrayna, Kiyev, 04 mart / " müxbir Z.Novosvitski/ Azərbaycan və Gürcüstan GUAM-ın 2008-ci il büdcəsinə üzvlük haqqını bütünlüklə ödəyib. Bu barədə Trend a GUAM-ın Baş katibi Valeri Çeçelaşvili bildirib.

"Bu günə qədər öz maliyyə öhdəliklərini tam olaraq Azərbaycan və Gürcüstan, qismən isə Ukrayna yerinə yetirib" - deyə Çeçelaşvili vurğulayıb.

Cari il üçün GUAM-ın büdcəsi təxminən 650 min dollar təşkil edir. Üzv ölkələr arasında üzvlük haqqının məbləği bərabər bölünüb.

GUAM-ın maliyyə qaydaları və vəziyyətinə görə, ölkələr mart ayının sonuna qədər üzvlük haqqının yarısını, iyunun sonuna qədər isə qalan məbləği ödəməlidir.

"Azərbaycan və Gürcüstan prinsip etibarilə bütün haqqı eyni vaxtda ödəməyə borclu deyildilər, lakin onlar bunu mümkün hesab edib və ödəyib. Bu, təşkilatımızın fəaliyyətinə ciddi köməkdir" - Çeçelaşvili deyib.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti