Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında partiyanın rəhbər strukturlarında dəyişikliklər gözlənilir. "Dəyişikliklərin olacağını istisna etmək olmaz" cümə günü Trend ə YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
YAP-ın sayca keçiriləcək IV qurultayında partiyanın sədri, Azərbaycan prezidenti İlham Əliyevin namizədliyi irəli sürüləcək.
Qurbanlı deyib ki, hazırda qurultaya hazırlıq işləri gedir və konkret olaraq qurultayda rəhbər strukturlarda hansı dəyişikliklərin olacağını və nə kimi qərarların veriləcəyini açıqlamayıb. YAP rəsmisi qurultayın aprel-iyun ayları aralığında baş tutacağını əlavə edib.
YAP 1992-ci ildə Naxçıvanda keçmiş prezident Heydər Əliyev tərəfindən yaradılıb. 14 ildən artıqdır iqtidarda olan partiyanın hazırki sədri prezident İlham Əliyevdir.