...

ATƏT vasitəçiləri Buxarestdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsinə dair ideyanı dəstəkləyir - Merzlyakov

Siyasət Materials 14 Mart 2008 17:04 (UTC +04:00)
ATƏT vasitəçiləri Buxarestdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsinə dair ideyanı dəstəkləyir - Merzlyakov

Avstriya, Vyana, 14 mart / " müxbir A.Ələsgərov/ Martın 12-13-də Vyanada Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçilərin məsləhətləşmələrinin yekununa dair ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovla Trend Agentliyinin müsahibəsi.

Məsləhətləşmələrdə Merzlyakovla yanaşı, fransalı həmsədr Bernar Fasye, amerikalı həmsədrin köməkçisi Mayk Karpenter, həmçinin, Minsk Qrupuna üzv-ölkələrin nümayəndələri iştirak ediblər.

- Vyanada keçirilən məsləhətləşmələrdən sonra Minsk Qrupu həmsədrlərinin növbəti addımları necə olacaq?

- Vyanada Minsk Qrupunun brifinqi keçirilib. Biz onu təxminən üç aydan bir keçiririk və əvvəlki üç ay ərzində görülən işlərdən danışırıq. Daha doğrusu, təxminən noyabrın sonlarından - Madriddə Rusiya və Fransa xarici işlər nazirləri, həmçinin, ABŞ Dövlət Katibi müavininin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə münaqişənin nizamlanması üzrə baza prinsiplərini özündə cəmləşdirən sənəd təqdim etməsindən başlayaraq keçiririk. Biz yaxın vaxtlara nəzərdə tutulan planlarımız barədə də danışırıq. Lakin bu brifinq, ümumiyyətlə, məxfi mahiyyət daşıyır və yalnız Minsk Qrupu üzvləri üçün nəzərdə tutulub. Bizim planlarımız isə, belə desək, konkret və əsasdır - onlar yaxın perspektiv üçün nəzərdə tutulub. Mən bu təklifləri. məlum səsəblərə görə, indi sizə deyə bilmərəm.

- "Minsk" həmsədlərinin regiona növbəti səfər tarixi müəyyən olunubmu?

- Regiona son səfərimiz yanvarda olub. Biz hələ regiona gəlmək niyyətində deyilik. Hər şey məhz nazirlərlə görüşümüzün nəticələrindən, konkret addımlara dair təkliflərimizin necə qəbul olunacağından asılı olacaq. Mən sizə regiona səfər tarixi barədə hələlik dəqiq məlumat verə bilmərəm.

- Aprelin əvvəlində NATO-nun Buxarest samimiti çərçivəsində, Ermənistanın yeni seçilmiş prezidenti Serj Sarkisyan ilə Azərbaycan prezidenti İlham Əliyevin mümkün növbəti görüşünün keçirilməsinə dair hazırda danışıqlar aparılırmı? Belə bir görüşə hazırlıq görülürmü?

- Bu ilin əvvəlində, yanvar ayında hər iki ölkədə olduğumuz zaman, biz prezidentlərə görüş barədə düşünməyi təklif etdik. Bizə məlum oldu ki, Köçəryan Buxarest sammitində iştirak etmək niyyətində deyil, Sarkisyan isə, iştirak edəcək. Məhz o zaman bizə belə bir ideya təklif olundu. Biz istərdik ki, bu görüş reallaşsın.

- Sizin fikrinizcə, Kosovo ilə Dağlıq Qarabağ problemi arasında oxşarlıq var?

- Minsk Qrupunun həmsədri kimi deyil, Rusiya vətəndaşı kimi danışsam, bizim Kosovoya dair mövqeyimiz məlumdur. O, universaldır və bütün münaqişələr üçün, o cümlədən Dağlıq Qarabağ probelmi üçün yararlı ola bilər. Bizim prinsipimizə görə, münaqişəyə cəlb olunan tərəflər razılığa və qarşılıqlı qərara gəlməlidirlər. Biz həmsədrlər isə, bu qərarı hər vəchlə dəstəkləyəcəyik, onun tapılmasına yardım göstərəcəyik və bu cür qərarın qarantı qismində çıxış etməyə hazırırq.

Kosovo variantının, belə desək, digər yola istiqamtlənməsi bizim günahımız deyil. Biz istərdik ki, Kosovonun nizamlanması prosesi düzgün yoluna qayıtsın. Dağlıq Qarabağ münaqişəsinin həllini Kosovo təcrübəsi nümunəsində görmürük. Burada, Allaha şükür, tərəflər danışıqlar aparır və görüşürlər. Hər ehtimala qarşı, bu proses məhz düzgün yolla gedir. Təəssüf ki, müstəqilliyin birtərəfli elan olunması və ən əsası, beynəlxalq ictimaiyyətin bir sıra üzvlərinin bu müstəqilliyə qarşı çıxış etməsindən sonra, son zamanlar biz bunu Kosovoda müşahidə etmirik.

- BMT Baş Assambleyası martın 14-də Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair Qətnaməni müzakirə edəcək. Azərbaycan tərəfindən BMT-yə təqdim edilən Qətnamə layihəsinə dair sizin fikriniz necədir?

- Biz azərbaycanlı dostlarımızla müxləlif səviyyələrdə danışdıq, lakin bu formada təqdim olunan layihəni biz dəstəkləməyəcəyik. Minsk Qrupunun bütün həmsədr ölkələri də bu fikirdədir. Sənəd, nəinki həmsədrlərin, hətta münaqişə tərəflərinin üzərində işlədiyi məqamları əks etdirmir. O, olduqca birtərəflidir və müniqəşnin nizamlanması üzrə bizim, üzərində işlədiyimiz "baza prinsipləri" toplusundan çox fərqlənir. Orada yalnız Azərbaycanı maraqlandıran məqamlar əks olunub. Layihə birtərəfli alınıb, tam tarazlanmayıb və tamamilə vaxtsızdır. Bu hamı üçün gözlənilməz oldu.

Bizim təklifimiz ya bu layihənin nəzərdən keçirilməsini təxirə salınması, ya da onun, sadəcə olaraq, hansısa formada qəbul olunması üçün məqbul etməyə cəhd göstərməkdən ibarətdir. Azərbaycanın BMT-dəki nümayəndəliyi kifayət qədər sübutun olmamasını səbəb gətirərək buna etiraz edib. Bu vəziyyətdə bütün həmsədr ölkələr adı çəkilən sənədi dəstəkləməmək barədə razılığa gəliblər. Lakin sənədin 6-cı bəndində Minsk Qrupu həmsədrlərinin yaxşı işləməsi barədə olduqca yaxşı paraqraf var.

Xəbər lenti

Xəbər lenti